700 bal toplayan tələbə: `Sürpriz olmadı...`


02:03     04 May 2017 18280707_233665213782792_1779467749_n.png

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 30-da II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanında 3 nəfər 700 bal toplayıb.


DİM-in yaydığı məlumatda qeyd olunur ki, qəbul imtahanında bütün suallara doğru cavab verməklə rekorda imza atan abituriyentlərdən biri də Ağcabədi şəhəri, 3 saylı məktəb-liseyin şagirdi Məmmədzadə Arzu Ramil qızıdır. O, II ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 700 bal toplayıb.

Arzu Məmmədzadə Femida.az-ın suallarını cavablandırıb.

O, 700 bal toplamağının özü üçün sürpriz olmadığını deyib:

`Bacım ötən il yüksək bal toplamışdı. Yüksək bal toplayacağıma inanırdım. Buna görə də 700 bal toplamaq mənim üçün sürpriz olmadı. Yüksək nəticə göstərmək üçün çox çalılşmaq və kənar əyləncələrdən imtina etmək lazımdır`.

Hansı universitetə qəbul olmaq istədiyinə gəldikdə isə o müəllimləri ilə məsləhətləşdikdən sonra bu barədə qərar qəbul edəcəyini bildirib. Lakin əvvəllər Qafqaz Universitetində təhsil almaq arzusunun olduğunu da gizlətməyib:

`Qafqaz universitetinə qəbul olmaq istəyirdim. Lakin sonradan fikrimi dəyişdim. İndi yəqin ki, ya Dövlət İdarəçilik Akademiyası, ya da Dövlət İqtisad Universitetini seçərəm. İxtisas baxımından isə menecmentlə beynəlxalq münasibətlər ixtisası arasında seçim edəcəyəm`.

Ceyhun
Femida.az

Açar sözlər:

Oxunub: 6267